Sionist rejim Qəzza dəniz sahilində balıq ovu sahəsini darlaşdırır

Sionist rejim Qəzza dəniz sahilində balıq ovu sahəsini darlaşdırır

Sionist rejim Qəzza dəniz sahilində balıq ovu sahəsini daha da darlaşdırır. 
 
Maide.Az xəbər verir ki, sionist İsrail rejimi Qəzza dəniz sahilində balıq ovu sahəsini 9 dəniz milindən 6 dəniz milinədək darlaşdırmağı planlaşdırır.
 
Bunu Fələstin Balıqçılar Birliyinin sədri Nezar Ayiş deyib. “Bu qərar Qəzzanın cənub və mərkəzi hissəsində balıq ovu sahəsini darlaşdırır. Oslo sazişinə əsasən Qəzza dəniz sahilindəki darlaşdırılan balıq ovu sahəsi 20 dəniz milinədək genişləndirilməlidir. İsrail rejimi bu sazişi imzalasa da ,onu yerinə yetirmir. Balıqçılara atəş açır”.
 
Hazırda  Qəzza sahillərində 4 min  fələstinli balıqçı balıq tutmaqla öz yaşayışlarını təmin edir. Onlar 2007-ci ildən sionist rejim tərəfindən mühasirədə saxlanılan 2 milyondan çox fələstinlinin ən az 500 min nəfərinin qidasını təmin edir. Sionist rejimin mühasirəsi nəticəsində Qəzza əhalisi yaşayış üçün lazım olan sadə imkanlarda, o cümlədən yemək, yanacaq, dərman və tikinti materiallarından məhrub edilib. /

Google+ WhatsApp ok.ru