Sionist rejim Qəzzada vəziyyəti gərginləşdirir

Sionist rejim Qəzzada vəziyyəti gərginləşdirir

-- Əsassız iddialar irəli sürürlər

İşğalçı sionist İsrail rejim rəhbərliyi “Qəzzadan top atışı edildi” iddiasını ortaya atıb. Daha sonra bu addıma cavab veriləcəyi barədə təhdidlər səsləndiriblər.
 
Maide.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, sinosit rejimin ordusundan verilən açıqlamada bunlar qeyd edilib:
 
“Qəzza Zolağından bu səhər İsrailə ən az 25 top atıldı. Böyük qismi “Dəmir qübbə” adlı müdafiə sistemi tərəfindən məhv edildi. Hücularda ölən və yaralanan yoxdur”.
 
Vəziyyəti gərginləşdirmək üçün ortaya atılan bu iddiadan sonra Netanyahu müşavirlərini toplayaraq iclas keçirib. O, “Həmas” və “İslam cihad”ı təşkilatlarını təhdid edərək, ağır şəkildə cavab veriləcəyini bildirib.
 
Bu azmış kimi müdafiə naziri Aviqdor Liberman, Baş Qərargah rəisi Qadi Eysenkot, Daxili işlər naziri Aryeh Deri, Xarici İşlər Nazirliyi və digər rəsmilər də vəziyyəti gərginləşdirmək üçün əsassız iddia ətrafında bənzər açıqlamalar veriblər.

Google+ WhatsApp ok.ru