Sionist rejim rekorda imza atdı, UŞAQ öldürməkdə

Sionist rejim rekorda imza atdı, UŞAQ öldürməkdə

Yeni hesabata görə, sionist rejim 2016-cı ildə ötən illə müqayisədə daha çox fələstinli uşaqları öldürüb. 
 
Maide.Az xəbər verir ki, Fələstinli Uşaqların Müdafiəsi üzrə beynəlxalq təşkilatın açıqladığı hesabatda bildirilir ki, sionist İsrail rejimi 2016-cı ildə 35 fələstinli uşağı qətlə yetirib və 83 fələstinli uşağı isə yaralayıb. 
 
Təşkilat həmçinin hesabatında elan edib ki, sionist rejim qüvvələri dinc fələstinlilərə qarşı odlu silahlardan istifadəyə görə mühakimə olunmur və cavabdeh deyil. 
 
Hesabatda bildirilir ki, 2016-cı ildə Qərb sahilində 32 fələstinli uşaq işğalçı rejim qüvvələri tərəfindən öldürülüb ki, onlardan 19 nəfəri 16-17 yaş, 13 nəfəri isə 13-15 yaşlı yeniyetmələr olub. “İsrail əsgərləri heç bir qanuna əməl etmir və  uşaqlara qarşı ölümcül silahlardan istifadə edirlər”, -deyə Fələstinli Uşaqların Müdafiəsi üzrə beynəlxalq təşkilatın nümayəndəsi deyib.
 
Sionist rejim 2015-ci ilin avqust ayında fələstinli namaz qılanların Məscid Əqsaya girişinə məhdudiyyət tətbiq edib ki, bu məhdudiyyətlərə fələstinlilər öz etirazlarını bildirib və qarşıdurmalar yaranıb. 2015-ci ilin oktyabr ayında İşğalçı rejim qüvvələri ən az 244 dinc sakini qətlə yetirib. 
 
"Human Rights Watch" yanvarın 3-də elan edib ki, 2015-ci ilin oktyabr ayından indiyədək sionist rejim qüvvələrinin 150-dən çox fələstinlini güllə ilə qətlə yetirdiyinə dair materiallar toplayıb. “Şahidlərin məlumatı və video materiallar çoxlu suallar ortaya qoyur”. 
 
"Human Rights Watch" elan edib ki, sionist İsrail rejiminin bəzi rəsmiləri rejim qüvvələrini fələstinlilərin qətliamına təşviq edir. 

Google+ WhatsApp ok.ru