Sionist rejim Suriyanı bombaladı

Sionist rejim Suriyanı bombaladı

-- Suriya 50 raketlə cavab verib

Bu gecə sionist İsrail rejimi Suriya ərazisinə hava zərbələri endirib, Suriya ordusu  işğalçı rejimin hücumuna cavab olaraq Colan yüksəkliklərində İsrailin mövqelərinə 50-dən çox raket atıb. 
 
Maide.Az  xarici KİV-lərə istinadən xəbər verir ki, cümə axşamı günü səhərə yaxın işğalçı rejim Suriyanın Qeytariyyə əyalətinin Əl-Bəəs şəhərinə  raketlə zərbələr endirib. 
 
“Ölkənin havadan müdafiə qüvvələri İsrailin onlarla raketini vursa da, onlardan bəziləri hədəflərə çatıb, bir radiolokasiya stansiyası məhv edilib”- Suriyanın SANA dövlət xəbər agentliyi hərbi mənbələrə istinadən məlumat yayıb. 
 
İsrail Müdafiə ordusunun yaydığı açıqlamada bildirilir ki, İranın "Əl-Qüds" qüvvələri tərəfindən əraziyə 20-dək raket buraxılıb, raketlərin əksəriyyəti vurulub.
 
Buna cavab olaraq İsrail aviasiyası Suriya ərazisində bir sıra hərbi obyektləri bombalayıb.
 

Google+ WhatsApp ok.ru