Sionist rejim yürüş iştirakçılarına qarşı kimyəvi maddə istifadə edib

Sionist rejim yürüş iştirakçılarına qarşı kimyəvi maddə istifadə edib

-- birbaşa sinir sistemini məhv edən bu qazlar...

Ötən həftədən etibarən “Böyük Qayıdış Yürüşü” keçirən fələstin xalqına qarşı işğalçı sionist rejim tərəfindən qeyri-insani sərt reaksiya göstərilib.
 
Maide.Az “Shafaqna”ya istinadən xəbər verir ki, sionist rejim əsgərləri yürüş iştirakçılarını geri qaytarmaq üçün kimyəvi zəhərli qazlarla müdaxilə edib.
 
Məlumata görə, birbaşa sinir sistemini məhv edən bu qazlar ölümcül təsirə malikdir. Xəstəxanalara yerləşdirilən yaralıların çoxunun həmin kimyəvi maddədən təsirləndiyi açıqlanıb.
 
Qeyd edək ki, ötən həftə işğalçı rejim etirazçılara açdığı atəş nəticəsində 19 fələstinli şəhid olub, yüzlərlə insan yaralanıb.  İşğalçı rejimin  fələstinli dinc aksiyaçılara qarşı odlu silahlardan istifadə etməsi beynəlxalq ictimaiyyətin etirazına səbəb olub.

Xatırladaq ki, 1948-ci ildə içğalçı İsrail tərəfindən doğma torpaqlarından didərgin düşmüş fələstinlilər qayıdış hüququnu müdafiə etmək üçün “Böyük Qayıdış Yürüşü” keçirirlər.
 
Sionis rejim rəhbərliyi sərhədi keçən aksiyaçıları vurmaq barədə əmr verib.
 

Google+ WhatsApp ok.ru