Sionist rejim əsgərləri fələstinli tələbələrə hücum etdi  - FOTO

Sionist rejim əsgərləri fələstinli tələbələrə hücum etdi - FOTO

-- 8 yaralı var

İşğalçı İsrail əsgərləri Ramallahda universitet tələbələrinin etiraz aksiyasına odlu silah və gözyaşardıcı qazla müdaxilə edib.
 
Maide.az “Dünya Bülteni”nə istinadən xəbər verir ki, tələbələr isə yalnız daşla qarşılıq verə biliblər.
 
Hadisələr nəticəsində 8 tələbə güllə yarası alıb. Başından yaralanan bir tələbənin vəziyyəti ağırdır.
 
Qeyd edək ki, Birzeit Universitetinin tələbələri ötən həftə həbs edilən Tələbə Şurasının rəhbərinin azad edilməsi üçün aksiya keçiriblər.
 
İşğalçı rejim qüvvələri, həmçinin təcili yardım briqadalarıın yaralı fələstinlilərə tibbi müdaxilə etməsinə də icazə verməyib. 
 
 
 

Google+ WhatsApp ok.ru