Sionist rejim əsgərlərinin atdığı gözyaşardıcı qaz 18 aylıq fələstinli körpəni şəhid etdi - FOTO

Sionist rejim əsgərlərinin atdığı gözyaşardıcı qaz 18 aylıq fələstinli körpəni şəhid etdi - FOTO

Sionist rejim əsgərlərinin atdığı gözyaşardıcı qazdan zəhərlənən 18 aylıq fələstinli körpə şəhid olub. 
Maide.Az Fələstin KİV-lərinə istinadən xəbər verir ki,  sionist rejim əsgərlərinin 2 ay öncə  atdığı gözyaşardıcı qaz nəticəsində nəfəs borularında problem yaranmış 18 aylıq körpə  ötən gün şəhid olub. 
İşğalçı rejim əsgərləri iki ay öncə Ramallahın şimal-qəribinda  Abud kəndinə hücum etmiş və hücum zamanı kənd əhalisinə qarşı gözyaşardıcı qazdan istifadə etmişdir.  Həmin zaman 18 aylı körpə xəsarət almışdır.  Əbdür-rəhman Mahmud Barğosi adlı 18 aylıq körpə  Beytül-müqəddəs şəhərində xəstəxanaya yerləşdirilmişdir,lakin həkimlərin səyinə baxmayaraq halı pisləşir və şəhid olur. 
FƏləstin insan haqları təşkilatları bildirir ki,  uşaq xəsarət aldıqdan sonra  sionist rejim əsgərləri uşağı xəstəxanaya aparmaq istəyən  təcili yardımın qarşısını kəsib və onun xəstəxanaya vaxtında çatmasını əngəlləmiş və uşaq xəstəxanay çox gec çatdırılmışdır. 
 

Google+ WhatsApp ok.ru