Sionist rejimdə gülməli iddia

Sionist rejimdə gülməli iddia

-- Təzminatın məbləği açıqlanmayıb

İşğalçı sionist İsrail rejim fələstinlilərin "yanan çərpələng" atması səbəbindən israilli kəndçilərin təsərrüfatına ziyan dəydiyini iddia edib.
 
Maide.Az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, yəhudi təsərrüfatçılar "yanan çərpələnglər" səbəbindən məhsullarının yandığını və nəticədə ciddi ziyan dəydiyi barədə hökumətə şikayət ediblər.
 
Sionist rejim "dəymiş zərərin" Fələstin rəhbərliyi tərəfindən ödənilməsini tələb edir.
 
Bu barədə işğalçı ölkənin Baş naziri Benyamin Netanyahu təlimat verib. Təzminatın məbləği isə açıqlanmayıb.

 

Google+ WhatsApp ok.ru