Sionist rejimdən etiraf

Sionist rejimdən etiraf

-- İşğalçı rejim 50 günlük Qəzza müharibəsində beynəlxalq qanunları pozub

İşğalçı İsrail rejiminin məclis müşahidəçisi Yusuf Şabira sionist rejimin törətdiyi cinayətləri  etiraf edib.
 
Maide.Az “Shafaqna”ya istinadən xəbər verir ki, o, işğalçı İsrail ordusunun 2014-cü ildə 50 günlük Qəzza müharibəsində beynəlxalq qanunları pozduğunu bildirib.
 
Y.Şabira həmin hücumda sivillərin hədəf alındığını, nəticədə 2100 fələstinlinin öldüyünü, 11 mindən çoxunun isə yaralandığını deyib.
 
O, həmçinin sionist rejimin müdafiə nazirliyinin həmin hücumla bağlı əsassız hesabatlarını da tənqid edib.
 
Qeyd edək ki, hazırda Fələstin torpaqları sionist İsrailin işğalı altındadır və hər keçən gün Fələstin xalqını öz torpaqlarından qovmaq üçün yeni təzyiq metodlarından istifadə edilir.

Google+ WhatsApp ok.ru