Sionist rejimin bütün qadağalarına baxmayaraq 250 min fələstinli Ramazanın ilk Cümə namazını qılıb -FOTO -YENİLƏNİB

Sionist rejimin bütün qadağalarına baxmayaraq 250 min fələstinli Ramazanın ilk Cümə namazını qılıb -FOTO -YENİLƏNİB

Fələstin Vəqflər və Din İşləri İdarəsi əl-Əqsa məscidində Ramazan ayının ilk cümə namazında 250 mindən artıq insanın iştirak etdiyini açıqlayıb.

***
Sionist rejimin əI-Əqsa məscidinə giriş üçün qoyduğu bütün qadağalara baxmayaraq, fələstinlilər mübarək Ramazan ayının ilk Cümə namazını bu məsciddə qılmağa çalışır.
 
Maide.Az xəbər verir ki, Fələstin mediası yazır ki, yüzlərlə fələstinli bu gün səhər tezdən mübarək Ramazan ayının ilk Cümə namazını qılmaq üçün əI-Əqsa məscidinə üz tutub. 
 
Bütün qadağalara baxmayaraq fələstinlilər məscidə daxil olaraq orada mübarək ayın ilk Cümə namazını qılıb. (tasnimnews) /
 
 
 
فلسطینیان در راه مسجدالاقصی

Google+ WhatsApp ok.ru