Sionist rejimin qazıntıları nəticəsində Məscidül-Əqsanın divar daşları tökülür

Sionist rejimin qazıntıları nəticəsində Məscidül-Əqsanın divar daşları tökülür

Sionist rejimin Məscidül-Əqsa divarının qərb hissəsindəki fasiləsiz qazıntıları bu  məscidin divarlarının daşlarının tökülməsinə səbəb olur.
 
Maide.Az beynəlxalq KİV-lərə istinadən xəbər verir ki, Məscidül-Əqsanın müdiri Ömər Əlkəsvani ötən gün bu açıqlamanı verib."Məscidül-Əqsanın qərb hissəsində Buraq divarı və Əlmuğaribə qapısının yaxınılığındakı İslami muzey məntəqəsinin altından daş düşüb. Buna sionist rejimin islami muzey bölgəsindəki qazıntılar səbəb olub."
 
Ö.Əlkəsvani qeyd edib ki, sionist rejim, bu məsələni araşdırmaları üçün İslami Vəqflər Dairəsinin mühəndisləri və ekspertlərinə Məscidül-Əqsanın qərb məntəqəsinə daxil olmaq icazəsi verməyib.
 
Qeyd edək ki, İslami Vəqflər və Məscidül-Əqsa İşləri İdarəsinin baş müdiri Əzam Xətib bir neçə gün öncə sionist rejimin bu məscidin qərb hissəsində yerləşən islami muzey məntəqəsindəki qazıntıları ilə bağlı xəbərdarlıq etmişdi.
 
Sionist rejim Buraq meydanının inkişaf etdirilməsi və sinaqoq inşası üçün Məscidül-Əqsanın qərb hissəsinin genişləndirilməsi işləriyi həyata keçirir. 
 

Google+ WhatsApp ok.ru