Sionist İsrail, daha iki fələstinlini şəhid etdi

Sionist İsrail, daha iki fələstinlini şəhid etdi

Qəzza zolağındakı Əl-Bureyc qaçqın düşərgəsinin şərqinə və Refah şəhərində, irqçi İsrail işğal qüvvələrinin açdığı atəş nəticəsində iki fələstinli şəhid oldu, 270 nəfər isə yaralandı.
 
Maide.Az xarici KİV-lərə istinadən xəbər verir ki,  Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, işğalçı İsrail əskərləri Qəzza zolağındakı "Böyük Qayıdış Yürüşü" tədbirləri çərçivəsində keçirilən dinc nümayişlərə mərmi ilə müdaxilə edərək, 2 fələstinlinin şəhid olmasına səbəb olub. Çox sayda yaralıların içərisində qadın və uşaqlar da var.
 
Səhiyyə Nazirliyinin Qəzza bölgəsindəki nümayəndəsi  Əşrəf əl-Kudra, verdiyi yazılı açıqlamada Qəzza zolağında yerləşən Əl-Bureyc qaçqın düşərgəsinin şərq sərhədində İsrail əskərlərinin açdığı atəş nəticəsində  fələstinli Kərim Əbu Fetayirin, Refah şəhərinin şərqində isə Əkrəm Muammərin  şəhid olduğunu bildirdi.
 
Əşrəf əl-Kudra, israil əskərlərinin  Qəzzanın şərq sərhədində nümayiş təşkil edən fələstinlilərə müdaxiləsi nəticəsində 200-dən çox insanın qazdan zəhərləndiyini söylədi.
 
Fələstinlilər 30 martdan bəri blokada altındakı Qəzza zolağının Fələstinin işğal olunmuş ərazilərinin sərhəddində "Böyük Qayıdış Yürüşü" adı altında dinc nümayişlər keçirir.
 
İsrail əskərlərinin dinc nümayişlərə müdaxiləsi nəticəsində bu günə qədər 160-dan çox fələstinli şəhid olmuş, 18000-dən çox fələstinli yaralanmışdır.
 
Sionist İsrailin bu hücumlarını bir çox ölkə və beynəlxalq təşkilatlar tənqid edir.

Google+ WhatsApp ok.ru