Sionist İsrail rejimi Fələstin xalqını xərçənglə məhv edir

Sionist İsrail rejimi Fələstin xalqını xərçənglə məhv edir

Sionist İsrail rejimi son 10 ildə qadağan olunmuş fosfor bombası və kimyəvi silahları aşkar şəkildə istifadə edərək, Fələstini xərçəng xəstəliyinə bürüyüb.
 
Deyerler.org xarici mətbuata istinadən xəbər verir ki, Dünya Xərçəng Günü səbəbiylə ölkədə olan xərçəng xəstəliyi ilə bağlı hesabat yayan Fələstin Səhiyyə Nazirliyinin statistik məlumatlarına görə Fələstində xərçəng hadisələrində ciddi artım qeydə alınıb.
 
Hesabata görə, hər yüz min fələstinlinin 83,8-i xərçəng xəstəliyinə yoluxur. Fələstində ildə orta hesabla 2000 insan xərçəngdən dünyasını dəyişsə də, İsrail rejimində bu rəqəm ildə 100-ü keçmir. Nazirliyin hesabatına görə, əvvəllər xərçəng xəstəliyindən dünyasını dəyişənlər ümumi ölüm siyahısında son yerlərdə olsa da, son beş ildə ikinci yerə qədər yüksəlib. Xərçəngdən həyatını itirənlərin sayı ümumi ölümlərə nisbətən 13,88% yüksəlib.
 
Xərçəng xəstələrinin yaş hesablaması haqqında məlumat verən Fələstin Səhiyyə Nazirliyi, xərçəng xəstələrinin 34.4%-nin 65 yaş və artıq, 59.8%-nin 15-64 yaş arası və 6.8%-nin isə 15 yaşdan aşağı olduğunu bildirib. Ölümlərə səbəb olan xərçəng növləri arasında döş, ağ ciyər, qalın bağırsaq, beyin və qan xərçəngi olsa da, fələstinli uşaqların 30,2%-i isə qan xərçənginə yoluxur.
 

Google+ WhatsApp ok.ru