Sionist İsrail rejimi Şərqi Qüdsdə 10 min sionist yaşayış yerinin inşasını təsdiqlədi

Sionist İsrail rejimi Şərqi Qüdsdə 10 min sionist yaşayış yerinin inşasını təsdiqlədi

Sionist İsrail rejiminin Qüds bələdiyyəsi ilə Məskunlaşma Nazirliyinin işğal altındakı Şərqi Qüdsün şimalında yerləşən Atarot sionist məskunlaşma məntəqəsində 10 min yeni mənzilin inşası layihəsini təsdiq etdiyi bildirilib.
 
Sionist İsrail rejiminin "Kanal 10" televiziyasının xəbərində bu barədə qeyd olunub.
 
Xəbərdə sabiq ABŞ prezidenti Barak Obamanın rəhbərliyinə vurğu edilərək, qeyd olunan layihənin ABŞ-ın İsrail rejimilə sionist yaşayış məntəqəsi mövzusunda reallaşdırdığı təzyiqlər səbəbi ilə, əvvəllər təsdiq olunmadığı bildirilib. (deyerler) /

Google+ WhatsApp ok.ru