Sionist İsrail rejiminin Qüds və Əl-Əqsa məscidini yəhudiləşdirmək üçün üç mərhələli planı

Sionist İsrail rejiminin Qüds və Əl-Əqsa məscidini yəhudiləşdirmək üçün üç mərhələli planı

Sionistlər Qüdsdəki islami atributları məhv etmək və bu şəhərdə müsəlmanlara məxsus nə varsa hamısını yox etmək üçün artıq yeni mərhələyə qədəm qoyub.  
 
Maide.Az beynəlxalq KİV-lərə istinadən xəbər verir ki, Əl-Əqsa məscidinin əlyazmalar və mədəni irsin qorunması bölməsinin rəisi Najeh Bakirat deyib ki, sionist rejim Əl-Əqsa və Qüdsü işğal etmək üçün 3 mərhələli  plan həyata keçirilir. “Birinci mərhələdə sionist rejim Qüds şəhərini tamamilə işğal etmək niyyətindədir. “Belə ki, Əl-Əqsa məscidinin idarəetməsinin İordaniyadan alaraq özü öhdələnmək, şəhər əhalisini bu şəhərdən çıxartmaq və məscidə nəzarəti tam ələ almaq istəyir”.
 
N.Bakirat deyib ki, ikinci mərhələdə işğalçılar yəhudi ölkəsinin varlığını elan etmək istəyir. Necə ki, B.Netanyahu artıq bir müddətdir bunun üçün çalışır. Sionistlər milyonlarla dollar vəsait xərcləyərək Qüdsdə yəhudilərə məxsus binalar tikir, şəhərdə müsəlman abidələrini isə dağıdır. 
 
O, sionist rejiminin planın üçüncü mərhələsi ilə bağlı deyib ki, işğalçılar Əl-Əqsa məscidində və Qüdsdə islami abidələr və atributların hamısını məhv etmək  və beləliklə də Əl-Əqsa məscidinin və Qüdsün yəhudilərə məxsus olmasını iddia edərək Qüdsü paytaxt elan etmək niyyətindədir.
 
Qeyd edək ki,  sonuncu dəfə 2016-cı ilin oktybar ayında YUNESKO Əl-Əqsa məscidinin yəhudiliklə heç bir əlaqəsi olmadığı barədə qətnamə qəbul etmişdir. 
Qətnamədə İsrail rejiminin Qüdsdəki dini və müqəddəs yerləri idarəetmə tərzi tənqid edilmişdi. Qüdsün müsəlmanlar, xristianlar və yəhudilər üçün müqəddəs şəhər olduğu qeyd olunmuşdur.  
Əl-Əqsa məscidinin müsəlmanlıqla əlaqəsinə xüsusi diqqət çəkilən qətnamədə, İsrail rejiminin bu bölgənin yəhudiliklə bağılılığı olmasına dair iddiasına isə yer verilməmişdi.  
 

Google+ WhatsApp ok.ru