Sionist İsrail zindanlarında 1800 fələstinlinin aclıq aksiyası 40-cı günə daxil olub

Sionist İsrail zindanlarında 1800 fələstinlinin aclıq aksiyası 40-cı günə daxil olub

Sionist rejimin həbsxanalarında 1800 fələstinli məhbusun aclıq aksiyası artıq 40-cı günə daxil olub
 
Onlarla məhbusun vəziyyəti təhlükəli həddə çatıb.
 
Aclıq aksiyaçılarının lideri Mərvan əl-Bərğusi də daxil olmaqla ölüm ayağına çatan 182 məhbus İsrail rejimi tərəfindən xəstəxanalara yerləşdirilib. Onlar məhbəslərə qaytarılıb, yalnız 15 nəfər xəstəxanalarda saxlanılır.
 
Fələstin mənbələri bəyan edir ki, xəstəxanalara çatdırılanlar məcburi şəkildə qidalandırılır.
 
Fələstinli məhbuslar aclıq keçirərək, məhbəslərdə hüquq pozuntulara və işgəncələrə məruz qalmağa etiraz edir, vəkillər və yaxınları ilə görüşün təmin edilməsi, zəruri səhiyyə xidmətlərinin təmin edilməsi və sairləri tələb edir.
 
Fələstinin hüquq təşkilatları bu aclıq aksiyasının beynəlxalq hüquq təşkilatları və rəsmi dövlət dairələrinə çıxarılmasına çalışırlar. Lakin Trampın ər-Riyada və Fələstinə son səfərində bu məsələ müzakirə edilməyib. (islaminsesi) /

Google+ WhatsApp ok.ru