Sionist İsrail əsgərləri Qüdsün Əbu Dis məhlləsinə basqın edib - 9 yaralı

Sionist İsrail əsgərləri Qüdsün Əbu Dis məhlləsinə basqın edib - 9 yaralı

Qüdsə bağlı olmasına baxmayaraq sionist İsrail hökümətinin inşa etdiyi "ayırıcı divar" ilə şəhərdən ayrılan Əbu Dis məhəlləsinə çoxlu sayda sionist əsgərləri tərəfindən basqın edilib.
 
Bunu Anadolu agentliyinə məhəllənin Müdafiə Komissiyasının mətbuat katibi Hani əl-Hələbi bildirib. 
 
əl-Hələbi, sionistlərin Əbu Disdəki Qüds Universiteti və bir çox məktəbə basqın etdiklərini bildirib. Onun sözlərinə görə nəticədə sionist əsgərləri ilə gənclər arasında qarşıdurma yaranıb. Əsgərlərin açdığı atəşlər nəticəsində 9 fələstinli plastik güllə yarası alıb, onlarlası göz yaşardıcı qazdan təsirlənib. Yaralanan bir tələbə və müəllim xəstəxanaya yerləşdirilib.
 
Qeyd edək ki, müqəddəs qüds şəhərinin şərq hissəsi və İordan çayının qərbi 1967-ci ildən ABŞ dəstəkli İsrail rejimi tərəfindən işğal altında saxlanılır. İsrail rejimi bu iki bölgəni saldığı hündür beton divarla bir-birindən ayırıb və qərbi İordanda yaşayan Fələstinlilərin şərqi Qüdsə keçidinə mane olur.
 
İşğal altındakı Qüdsün şərq hissəsində 200 min, İordan çayının qərb hissəsində isə 400 mindən artıq yəhudi məskunlaşdırılıb. Beynəlxalq hüquqa görə, bu bölgələrdəki bütün yəhudi yaşayış məntəqələri qeyri-qanuni qəbul edilir. (islaminsesi) /

Google+ WhatsApp ok.ru