Sionist əsgərlər 22 fələstinlini həbs etdi

Sionist əsgərlər 22 fələstinlini həbs etdi

-- Hər dəfə müxtəlif bəhanələrlə fələstinliləri həbs edən sionist rejim, bu dəfə...

İşğalçı sionist İsrail əsgərləri Qərbi Şəriənin müxtəlif yerlərində 22 fələstinlini həbs edib.
 
Maide.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, onların arasında 2008-ci ildən İsrail həbsxanasında saxlanılan oğlunu ziyarət etdiyi əsnada saxlanılan bir qadın var.
 
Hər dəfə müxtəlif bəhanələrlə fələstinliləri həbs edən sionist rejim, bu dəfə saxlanılanların terrorçularla əlaqələdə olduqları iddia edilib.
 
Məlumat üçün bildirək ki, Fələstin Əsirlər Cəmiyyəti hazırda İsrail həbsxanalarında 350-si uşaq olmaqla 6 min fələstinlinin saxlanıldığını açıqlayıb.
 

Google+ WhatsApp ok.ru