Sionist əsgərlərlə qarşıdurmada 50 fələstinli yaralanıb

Sionist əsgərlərlə qarşıdurmada 50 fələstinli yaralanıb

Ötən gün işğal olunmuş Qüdsün şərqində Əbudis bölgəsində onlarla fələstinli gənc ilə sionist rejim əsgərləri arasında qarşıdurma baş verib. 
 
Maide.Az xəbər verir ki, Fələstin İnformasiya Mərkəzinin məlumatına görə, qarşıdurma zamanı 50-dən çox fələstinli gənc sionist rejim əsgərləri tərəfindən yaralanıb. 
 
Sionist rejim əsgərləri baş vermiş qarşıdurmada gözyaşardıcı qazdan və plastik güllələrdən istifadə edib. 
 
Fələstin Qırmızı Aypara Cəmiyyəti elan edib ki, Əbudis bögləsində baş vermiş qarşıdurma zamanı 10 gənc plastik güllə yarası alıb, gözyaşardıcı qaz 39 gəncin nəfəsdarlığına səbəb olub. Bir fələstinli gənc isə yanıq xəsarəti alıb. 

Google+ WhatsApp ok.ru