Sionist əsgərləri Qəzzada fələstinlilərə hücum edib, yaralanan var

Sionist əsgərləri Qəzzada fələstinlilərə hücum edib, yaralanan var

İşğalçı İsrail rejim qüvvələrin Qərb Şəriyə və Qəzzada fələstinlilərə hücum edib, bir neçə nəfəri güllə ilə yaralayıb. 
 
Maide.Az xəbər verir ki, Qəzzanın Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf Əl-Qadra bildirib ki, fələstinlilər işğalçı İsrail rejim həbsxanalarında aclıq aksiyası keçirən məhbuslarla həmrəylik nümayiş etdirmək məqsədilə  Qəzzanın şimalında Beyt Lahya bölgəsində etiraz aksiyası keçirib. 
 
O deyib ki, işğalçı İsrail əsgərləri  sərhəddəki müşahidə qüllələrindən etirazçılara tərəf atış açıb və  bir neçə nəfərin, o cümlədən bir qadının yaralanmasına səbəb olub. 
 
Sionist əsgərlər həmçinin etirazçıları dağıtmaq üçün əl qumbarasından istifadə edib. Partlayış nəticəsində 1 fələstinli gənc ayağından yaralanıb. 
 
Məlumata görə, İsrail rejim əsgərləri Qərbi Şəriyədədə  etirazçılara hücum edib və 6 fələstinlini oğurlayıb aparıb.  
 
İşğalçı rejim əsgərləri fələstinlilərin etiraz aksiyasını dağıtmaq üçün gözyaşardıcı qaz və səs bombalarından istifadə edir. 
 
Bildirilir ki, Fələstinin işğal olunmuş ərazilərində işğalçı rejim əsgərləri müxtəlif bəhanələrlə kəndlərə və qəsəbələrə hücumlar təşkil edir. Hücumlar nəticəsində  çox sayda insan yaralandığı bildirilir. 

Google+ WhatsApp ok.ru