Sionist əsgərləri Fələstinə hücum etdi: qadın paltarında

Sionist əsgərləri Fələstinə hücum etdi: qadın paltarında

7 fələstinli şəhid oldu

İşğalçı İsrail ordusunun bir qrup əsgəri  qadın palatrı geyinərək şəxsi minik avtomobili ilə Qəzzanın Xan Yunisə bölgəsinə daxil olaraq, “Qəssam” briqadasının komandirlərindən Nur Bərəkətə qarşı əməliyyatı həyata  keçirib. 
 
Maide.Az “AA”a istinadla xəbər verir ki,  məlumatı HƏMAS-ın hərbi qolu olan İzzəddin Əl-Qəssam Briqadası yayıb. 
 
Məlumatda bildirilir ki, əməliyyat zamanı tərəflər arasında atışma başlayıb. Atışma zamanı 1 sionist əsgəri öldürülüb, 1 biri isə yaralanıb. 
 
İşğalçı rejim xüsusi təyinatlılarının köməyinə hərbi vertolyotlar göndərib. Havadan bombardman etməklə sionist xüsusi təyinatlıları təhlükəsiz yerə aparıblar. 
 
Atışma zamanı “Həmas”ın  7 üzvü şəhid olub, 7 nəfər isə yaralanıb. 
 
Şəhid olan Həmas üzvlərinin arasında 37 yaşlı ordu komandiri Şeyx Nur Bərəkət də var. 
 
Bəzi məlumatlara görə 1 sionist əsgər əsir götürülüb.
 
Məlumata görə, işğalçı əsgərlərlə HƏMAS qüvvələri arasında atışma başlandıqdan sonra İsrail hərbi aviasiyası əraziyə raket zərbələri endirib. HƏMAS-ın rəsmi açıqlamasında deyilir ki, dünən Qəzza ərazisində İsrail rejiminə məxsus avtomobildən HƏMAS hərbçilərinə tərəf atəş açılıb və hücumçulara tərəf dərhal cavab atəşi açılıb. Elə bu vaxt İsrail aviasiyası hərəkətə keçib və atışma baş verən əraziyə 40-dan artıq raket zərbəsi endirilib.
 

 

Google+ WhatsApp ok.ru