Sionist hərbçilər 16 fələstinlini həbs ediblər

Maide.az xəbər verir ki, sionist rejim qüvvələri İordan çayının şimalında Nablos şəhərinin müxtəlif bölgələrinə hücum ediblər. Hücumda fələstinlilərin mənzillərinə ziyan dəyib. Bundan başqa onların əmlakı oğurlanıb və 16 fələstinli sionist əsgərlər tərəfindən həbs edilib.
 
Sionist rejim hərbçiləri Ramallahda da Saleh Peyğəmbər (s) kəndinə basqın edərək bu kəndin əhalisinə atəş açıb və bir neçə uşaq və gənci də yaralayıblar.
 
Sionist rejim qüvvələri hər gün müxtəlif bəhanələrlə fələstinlilərin mənzillərinə basqın edir və fələstinlilərdən bir qrupunu oğurlayır.
 
Eləcə də onları şəhid edir və ya yaralayırlar.
 
Sionist rejim həbsxanalarında təxminən 6500 fələstinli əsirin pis vəziyyətdə yaşaması əksər medialarda işıqlandırılıb.

Google+ WhatsApp ok.ru