Sionist hərbçiləri daşıyan avtobusun aşması ilə iki nəfər ölüb, onlarla hərbiçi yaralanıb

İsrailin 2-ci telekanalının məlumatına görə, Ramallahın şimal şərqində avtobus israilliləri daşıyarkən aşıb, hadisə nəticəsində iki sionist hərbçi ölüb, 50 nəfər xəsarətlər alıb.
Maide.az xəbər verir ki, Qərb sahilinin mərkəzi sayılan Ramallah şəhərinin şərqindəki Rimunim qəsəbəsi yaxınlığında həmin avtobusun aşması fələstinli gənclərin əl bombası ilə hücumu nəticəsində baş verib.
İsrail mənbələrin bildirdiyinə görə, avtobus xeyli sayda sionist hərbçiləri daşıyırdı.
“əl-Qods əl-Ərəbi” qəzeti yazır ki, yaralılardan 7 nəfərin vəziyyəti ağırdır.
Qüds və Qərb sahili oktyabr ayının əvvəlindən indiyədək fələstinlilərin İsrail rejiminə qarşı genişmiqyaslı etirazlarına şahidlik edir. /
 

Google+ WhatsApp ok.ru