Sionist hərbçilərlə fələstinli oruc tutanlar arasında qarşıdurma

Sionist hərbçilərlə fələstinli oruc tutanlar arasında qarşıdurma

Əl-Əqsa məscidində sionist işğalçı hərbçilərlə fələstinlilər arasında qarşıdurmaların davamında, rezin güllələrdən istifadə olunduğuna görə 12 fələstinli namazqılan xəsarət alıb.

Qüdsdə İslam Vəqfləri İdarəsi də bildirib: İsrail işğalçıları Babul-Muğraibəni (Müğaribə darvazası) açmaqla sionistlərin əl-Əqsa məscidinə daxil olmasına icazə veriblər. Halbuki bu hərəkət mübarək Ramazan ayının son on günlüyündə analoqu olmayan hərəkətdir. Çünki Babül-Müğaribə adətən Ramazan ayında bağlıdır.

İsrailli işğalçıların Fələstin xalqına qarşı repressiyalarının davamında, bu rejim hərbçiləri əl-Əqsa məscidinə basqın edib, oructutan fələstinliləri rezin güllələr və səs bombaları ilə hədəfə alıblar. Həmçinin bir qrup sionist silahlı əl-Əqsa məscidinə daxil olub. Fələstinin Qırmızı Aypara Cəmiyyəti rezin güllələr və dəyənəklərdən istifadə olunduğuna görə, bir neçə fələstinli namazqılanın yaralandığını və müalicə üçün əl-Məqasid xəstəxanasına nəql olunduğunu bildirib. İsrailin çoxlu sayda işğalçısı səhər sübh əl-Əqsa məscidinə daxil olub və sonra işğalçı İsarilin polisi Babül-Müğaribəni açıb. İsrail polisi Qüds işğal olunduğu zamandan Babül-Müğaribəyə nəzarət edir. Əl-Əqsa məscidinə sionist qəsəbə sakinlərinin daxil olması fələstinli namazqılanlarla israilli işğalçılar arasında qarşıdurmaya səbəb olub.

İsrail rejimi hərbçiləri fələstinlilərə doğru rezin güllələr və səs bombaları atıblar. Əl-Əqsa məscidində Afrika ölkəlkərindən də namaz qılanlar vardır. İsrail hərbçiləri fələstinli oructutanları ağır şəkildə döyüb və bir qrup fələstinlini həbs edib.

Qüds Vəqflər və əl-Əqsa məscidinin məsələləri üzrə idarəsinin baş direktoru Şeyx İzam əl-Xətib bildirib: İsrail polisi əl-Əqsa məscidində yeni vəziyyət yaratmaq, qəsəbə sakinlərinə bu günlərdə yürüş etmək icazəsi vermək istəyirlər. Halbuki bu günlərdə fələstinlilər bu müqəddəs məkanda raz-niyazla məşğuldur. Bundan öncə İsrail polisi bu zaman kəsiyində qəsəbə sakinləri və xarici turistlərin bu məscidə daxil olmasını dayandırırdı. İsrail polisi bu dəfə qəsəbə sakinləri və xarici turistlərə əl-Əqsaya yürüş etməyə icazə verməklə fələstinli oructutanlara qarşı təhrikedici hərəkətdə israrlıdır./

Google+ WhatsApp ok.ru