Sionist Israil qırıcıları Qəzzaya hücum edib

Sionist İsrail rejim qırıcıları  bir daha Qəzzaya təcavüz edib və bir neçə dəfə Qəzzanın müxtəlif bölgələrinə havadan zərbələr endirib. 
Maide.az xəbər verir ki, qırıcılar şənbə günü səhər Qəzzanın bir neçə bölgəsinə hücum edib. Sionist rejim iddia edib ki, guya bir neçə raket Qəzza zolağından Fələstinin işğal olunmuş ərazilərinə atılıb. Sionist rejim KİV-ləri iddia ediblər ki, cümə axşam 5 raket Qəzzadan Sedirot bölgəsinə atılıb. 
İsrail ordusu beynəlxalq qanunların əksinə olaraq Qəzza zolağına dəfələrlə hücumlar edib. Bu hücumlarda onlarla Fələstinli dinc sakin ölür və ya yaralanır. 
Bu gün səhər edilən hücum zamanı ölən və yaralananlar haqqında hələlik məlumat yoxdur. /
 
 

Google+ WhatsApp ok.ru