Sionistlər Əl-Əqsa məscidinə hücum edib

Fələstinin işğal altında olan ərazilərində yaşayan bir qrup sionist qəsəbə sakini  bazar günü səhər  İsrail knessetinin üzvü olan Muşe Fiqlenin başçılığı ilə Babulmuğaribədə Əl-Əqsa məscidinə basqın ediblər.

Maide.az-ın Əl-Şərq Əl-Ovsət Xəbər Agentliyinə istinadən məlumatına görə, polisin xüsusi təyinatlı qüvvələri məscidə hücum edən sionistləri dəstəkləyib. 

Məlumata əsasən, Fələstinli fəallar bu qeyri insani hərəkəti təhrik edici adlandıraraq onu pisləyiblər.

Fələstin mənbələri bildiriblər: İşğalçı İsrail qüvvələri şənbə gecədən etibarən Əl-Əqsa məscidini mühasirə edib 50 yaşdan az fələstinlilərin məscidə daxil olmalasına mane olublar.

Google+ WhatsApp ok.ru