Sionistlər `Sərt qaya` əməliyyatının məğlubiyyətini etiraf ediblər

Maide.az-ın "Əl-mənar"a istinadlı məlumatına görə, Qəzzə zolağına qarşı "Sərt qaya" əməliyyatından doqquz ay sonra İsrail rejimi açıqlama verib ki, fələstinlilərin hərbi qabiliyyətlərinin bərpasının, xüsusən tunellərin inşası və raket qabiliyyətlərinin gücləndirilməsinin qarşısının alınmasında əlacsız qalıblar.
 
Bu açıqlama işğal olunmuş Fələstində siyasi və xalq səviyyələrində bir çox suallar doğurub. Belə bir halda qorxu və dəhşət hissi Qəzzə zolağı ətrafındakı qəsəbələri təsir altına alıb.
 
Sionist rejim Knessetinin üzvü Hayyem Luin deyib: ""Sərt qaya" əməliyyatı fələstinliləri tərksilah edə bilmədi. Çünki Qəzza zolağındakı fələstinlilərin yarısı silah və tunellərin qazıntısı sahəsində fəaliyyət göstərirlər."
 
Sionist rejimin uğursuzluğa etiraf etməsi təkcə tunellər və raket qüdrəti məsələləri ilə məhdudlaşmır. Sionist dairələr həmçinin Həmas hərəkatının hərbi qolu olan İzzəddin Qəssam batalyonlarının komandanı Məhəmməd Əlzifin terroru üzrə səylərinin də uğursuzluğa düçar olduğunu etiraf ediblər.

Google+ WhatsApp ok.ru