Sionistlər fələstinlilərin evlərinə hücum ediblər

İsrail rejimi hərbçiləri Cenin şəhərinin yaxınlığında yerləşən Qəbatiyə qəsəbəsində fələstinlilərin evlərinə hücum edərək, bir neçə nəfəri yaralayıblar.
 
Maide.az xəbər verir ki, Əl-Əqsa telekanalının bu günə olan məlumatına görə, İsrail hərbçiləri cümə axşamı Qəbatiyə qəsəbəsinə hücum ediblər. Daha sonra sionist hərbçilər təcili yardım maşınlarının yaralıların xəstəxanaya çatdırılması üçün məntəqəyə daxil olmasına icazə verməyiblər.
 
Başqa bir məlumata görə, İsrail hərbçiləri fələstinli bir uşağı avtomobil ilə vuraraq, əziblər.
 
Fələstinin Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, bu uşaq baş nahiyyəsindən ağır yaralanıb.
 
Həmçinin, Cenin şəhərinin cənubunda gedən toqquşmalarda 10-a yaxın fələstinli gənc yaralanıb.
 
2015-ci ilin oktyabr ayının əvvəllərindən başlayan Qüds İntifazəsi ərzində indiyə kimi 170-dən çox fələstinli şəhid olub, 16 000 nəfər yaralanıb, 4000 nəfər isə həbs edilib.

Google+ WhatsApp ok.ru