Sionistlәrin yaralı fələstinlini qətlə yetirməsilə bağlı yeni görüntülər yayıldı

Fələstinin Əl-Xəlil şəhərində Əbdulfəttah Əş-Şərif adlı bir fələstinli gəncin sionist İsrail əsgəri tərəfindən mühakiməsiz edam edilməsi bütün dünyada narazılıqlar yaradıb. Hadisənin baş verdiyi anla bağlı yeni görüntülər intenetdə yerləşdirilib.
 
Fələstinlinin qətlə yetirilməsi anlarını hadisə yerində olan sionist İsrail rejiminin B Tselem insan haqları məlumat mərkəzinin əməkdaşı qeydə almağı bacarıb. Bu görüntülərdə sionist İsrail əsgəri yaralı halda yerdə uzanan Əbdulfəttah Əş-Şərifin başından vuraraq qətlə yetirib.
 
Sionist İsrail rejimi mediasının yaydığı yeni görüntülərdə isə yerdə ölmüş vəziyyətdə uzanan fələstinlinin yanına bıçağın atıldığı aydın görünür. (Deyerler.Org)
 
 

Google+ WhatsApp ok.ru