Sionistlərin vəhşiliyi davam edir – Fələstinli şəhidlərin sayı 18 -a çatdı - YENİLƏNİB- FOTO

Sionistlərin vəhşiliyi davam edir – Fələstinli şəhidlərin sayı 18 -a çatdı - YENİLƏNİB- FOTO

-- 350-dən çox yaralı

(ilk xəbər 14:34-də dərc olmuşdu) 
 
Fələstində geniş miqyaslı etiraz aksiyası davam edir. 
 
Maide.Az "AA"-a istinadən xəbər verir ki, Qəzza ilə Fələstinin işğal olunmuş əraziləri sərhəddində işğalçı İsrail rejim qüvvələri  bu günki  etiraz aksiyalarında 18 fələstinlini şəhid edib,  950-dən çox fələstinlini yaralayıb.
 
ABŞ səfirliyinin Qüdsə köçülməsinə Avropa İttifaqı ciddi tərzdə etirazını bildirib.
 
Fələstin İdarəçiliyinin prezidenti Mahmud Abbas Trump-ın qərarını "əsrin təhqiri" adlandırıb.
 
Minlərlə fələstinli bazar günü etiraz bildirmək üçün İsraili Qəzza Zolağından ayıran hasarın qarşısına toplaşıb.
 
Martın sonundan başlayaraq hər həftə keçirilən"Böyük qayıdış" yürüşləri zamanı İsrail əsgərlərinin açdığı atəş nəticəsində 50-dən çox fələstinli şəhid edilmişdi. 
 
BMT insan haqları komisiyasının başçısı Zeid Raad əl-Hüseyn İsraili "həddən artıq güc" istifadə etməkdə ittiham edib.
 
 
***
Fələstinlilərin Qəzzada keçirdiyi aksiyaya sionist əsgərlərin güllə yağdırması davam edir.
 
Maide.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, aksiyada şəhid edilənlərin sayı 7-yə çatıb. Bundan öncə  1 nəfərin öldürüldüyü bildirilmişdi. 
 
Bundan başqa, 165-i güllə ilə, 92-si də gözyaşardıcı qaz və digər maddələrlə olmaqla, ümumilikdə yaralıların sayı 257-yə çatıb.
 
İşğalçı İsrail Qəzza sərhədini “qapalı hərbi bölgə” elan edib və burada hər hansı aksiya üçün ordudan icazə alınmasının vacib olduğunu bildirib.
 
Qeyd edək ki, Qəzza sektorunun sərhədində fələstinlilərin "Böyük qayıdış" yürüşü və Qüdsdə ABŞ səfirliyinin açılmasına qarşı etiraz aksiyalarına təqribən, 10 min fələstinli toplaşıb.
 
 
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru