Sionistlər jurnalistləri niyə hədəf alır?

Sionistlər jurnalistləri niyə hədəf alır?

Qəzzadakı “Əl-Mizan” İnsan Haqları Mərkəzi sionist işğalçı İsrail rejiminin fələstinlilərin Böyük Qayıdış Yürüşünə sərt müdaxilələri ilə bağlı açıqlama verib.
 
Maide.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Mərkəz sionist əsgərlərin yürüş iştirakçılarını qəsdən vurduğunu bildirib.
 
Məlumata görə, 2018-ci ilin martından bu günə qədər aksiyaları işıqlandıran 2 jurnalist öldürülüb, 10-u qadın olmaqla 173 jurnalist də yaralanıb.
 
Hesabatda qeyd olunub ki, jurnalistləri çoxu həqiqi güllə ilə vurulub.
 
Bu müdaxilələrin media mənsublarının həqiqətləri dünaya çatdırmağının qarşını almaq üçün atıldığı vurğulanıb.
 
Qeyd edək ki, 30 martdan etibarən başlayan Böyük Qayıdış Yürüşü fələstinlilərin sionistlər tərəfindən işğal edilən torpaqlarına qayıtmaq məqsədilə keçirilir.
 

Google+ WhatsApp ok.ru