Sionistlərin əl-Əqsa məscidinə hücumu müsəlmanlarda narahatlıq doğurur

Sionistlərin əl-Əqsa məscidinə hücumu müsəlmanlarda narahatlıq doğurur

Şeyx Məhəmməd Hüseyn "Əl-aləm" xəbər kanalına verdiyi müsahibədə sionist ekstremistlər qrupların Əl-Əqsa məscidinə və dindarlara hücumlarından narahatlığını ifadə edib.
 
Şeyx Hüseyni BƏƏ və sionist rejim arasında münasibətlərin normallaşdırılmasına dair razılaşmanı ərəb birliyinin pozulması kimi qiymətləndirib və bu razılaşmanın Qərb Sahilinin ilhaqına mane olmadığını və Fələstin idealının maraqlarına cavab vermədiyini söylədi.
 
Onun sözlərinə görə, Fələstin xalqı sionist rejimlə münasibətlərin normallaşmasını qəbul etmir və bu haqda şərq qanunlarına əsasən, Trampın "əsrin müqaviləsi" qondarma planı qadağan edən göstəriş verilib, çünki bu müqavilənin məqsədi Qüdsü müsəlmanlardan almaqdır. "Qüds sionistlərin silahlı qüvvələri tərəfindən işğal edilib və bu səbəbdən bu müqəddəs məkanda sionist işğalçılara heç bir hüquq tanımırıq", - deyə Qüdsün və Fələstinin müftisi bildirib. /Deyerler.org /
 

Google+ WhatsApp ok.ru