Sionistlər 3 mindən çox fələstinli yaralayıb

-- 32 nəfər isə şəhid olub

İşğalçı sionist İsrail rejimi Qəzza sərhədində dinc aksiya keçirilən daha 8 fələstinlini yaralayıb.
 
Maide.Az “Shafaqna”ya istinadən xəbər verir ki, bununla da 30 martdan etibarən keçirilən “Böyük Qayıdış Yürüşü” aksiyalarında yaralananların sayı 3088-ə çatıb.
 
Məlumata görə, sionistlərin güllələrinə hədəf olan 32 nəfər isə şəhid olub.
 
Qeyd edək ki, 1948-ci ildə içğalçı İsrail tərəfindən doğma torpaqlarından didərgin düşmüş fələstinlilər qayıdış hüququnu müdafiə etmək üçün “Böyük Qayıdış Yürüşü” keçirirlər. Sionis rejim rəhbərliyi sərhədi keçən aksiyaçıları vurmaq barədə əmr verib.

Google+ WhatsApp ok.ru