Sionistlər 3000 fələstinli uşağı öldürüb

Sionistlər 3000 fələstinli uşağı öldürüb

Fələstin İnformasiya Mərkəzi yeni hesabatında bildirir ki, sionist rejim hərbiçiləri 3000  fələstinli uşağı şəhid edib. 
 
Maide.Az xəbər verir ki, hesabatda bildirilir ki, sionist rejim əsgərləri 2000-ci ilin sentyabr ayının 28-dən (Əqsa intifadası başlandığı gündən) 2017-ci ilin aprel ayının sonunadək 3000 fələstinli uşağı şəhid edib. 
 
Fələstin İnformasiya Mərkəzi 1 iyun Beynəlxalq Uşaqların Müdafiəsi günü münasibəti ilə açıqladığı hesabatda bildirib ki, 13 mindən çox fələstinli uşaq isə sionist İsrail əsgərlərinin açdığı güllə nəticəsində yaralanıb. 12 mindən çox fələstinli uşaq isə əsir götürülüb və hazırda 300-dən çox uşaq hələ də həbsxanada saxlanılır.
 
Hesabatda bildirlir ki, fələstinli əsir uşaqların 95 faizinə sionist rejim həbsxanalarında işgəncə verilir .
 
Sionist rejim ildə təqribən 700 fələstinli uşağı işğal olunmuş Fələstin torpaqlarında həbs edir. Lakin 2015-ci ilin oktyabr ayından orta hesabla gündə 2000 uşaq rejim hərbiçiləri tərəfindən saxlanılıb. 
 
Hesabatda bildirlir ki, fələstinli məktəbli uşaqlar sionist rejim əsgərləri tərəfindən yoxlama-buraxılış məntəqələrində işgəncə olunur.
 
10-17 yaşlı fələstinli uşaqların 4.1 faizi ailələrinin ağır iqtisadi durumuna görə işləməyə məcbur olub. Hazırda 18 yaşından aşağı 102 min fələstinli uşaq ailələrinin iqtisadi durumunun pis olmasına görə çalışır. 2011-ci ildə bu rəqəm 65 min nəfər idi.
 
Hesabatda həmçinin bildirilir ki, Qüdsdə yaşayan uşaqların 85 faizinin yaşayış səviyyəsi yoxsulluq həddindən aşağıdır. /
 
کودک فلسطینی

Google+ WhatsApp ok.ru