Sionistlər Fələstinli uşaqları təhsildən məhrum etmək istəyir

Sionistlər Fələstinli uşaqları təhsildən məhrum etmək istəyir

-- 45 məktəb sökülmək təhlükəsi ilə üz-üzədir

“Fələstinin işğal olunmuş ərazisində 45-dən çox məktəb  işğalçı sionist rejim tərəfindən  sökülmək təhlükəsi ilə üzləşib.”  
 
Maide.Az "AA"-a istinadən xəbər verir ki, bunu BMT-nin Fələstinin işğal olunmuş ərazisində Humanitar Məsələlər üzrə Əlaqələndirmə Ofisinin rəhbəri Roberto Valent ötən gün yayımladığı bəyanatda bildirib. 
 
R. Valent qeyd edib ki,  sionist  hərbiçilər  Beytül-Müqəddəsdə  Fələstinlilərə məxsus bir məktəbi dağıdıb.  “Məktəbin dağıdılmasına bəhanə tikinti üçün icazəsinin olmaması göstərilib.  Fələstinin işğal olunmuş ərazisində  məktəb tikintisi üçün sionistlərdən  icazə almaq demək olar ki, mümkünsüzdür”. 
 
O, əlavə edib ki, Fələstinli şagirdlər  işğal olunmuş ərazilərdə yerləşən 45 mətkəbdə  təhsil alır.  “Hazırda bu məktəblərin hamısının  söküləcəyi barədə xəbərdarlıq  edilib.” 
 
Bəyanatda Əbunavar qaçqınlarının humanitar yardıma ehtiyacı olduğuna diqqət çəkilib.
 
Eyni zamanda məktəblərin sökülməsi, fələstinli uşaqların təhsil hüququnun pozulması kimi dəyərləndirilib.
 
 Qeyd edək ki, ötən ilin  fevral ayından indiyədək Beytül-Müqəddsəin Əbu Nuvvar qaçqın düşərgəsində  sionist rejim  rəsmiləri tərəfindən  6 məktəb sökülüb və  avadanlığına əl qoyulub.

Google+ WhatsApp ok.ru