Sionistlər fələstinlilərdən evlərini dağıtmalarını tələb etdi

Sionistlər fələstinlilərdən evlərini dağıtmalarını tələb etdi

İşğalçı sionist İsrail rejiminin əsgərləri Xan əl-Ahmər bölgəsində fələstinlilərə xəbərdarlıq məktubu paylayıb.
 
Maide.Az “Dünya bülleteni”nə istinadən xəbər verir ki, bu barədə Ayrılıq Divarı ilə Mübarizə Heyətinin müdiri Abdullah Əbu Rəhmət məlumat verib.
 
Onun sözlərinə görə, məktubda fələstinlilərin öz əlləri ilə evlərini dağıtmaqları və bölgədən köçmələri tələb edilib. O, fələstinlilərin öz yurdlarından köçməməkdə israrlı olduğunu söyləyib.
 
Məsələ ilə Fələstin hökumətinin sözçüsü Yusif əl-Mahmud açıqlama verərək işğalçıların bu addımın qəbul edilməyəcəyini bildirib:
 
“Bu təhdidlər işğalçı dövlətin xalqımızın mülkünə olan tamahını, aclıq dərəcəsini və xalqımıza qarşı dağıdıcı addımlarının arxasında dayanan alçaqlığı göstərir”.
 
Əl-Mahmud beynəlxalq ictimaiyyətə səslənərək sionist İsrail dayandırmaq üçün hərəkətə keçmək üçün çağırış edib.
 
Xatırladaq ki, may ayında İsrail həmin bölgədə 190 evin və məktəbin sökülməsinə qərar vermiş, lakin əhalinin müqaviməti ilə rastlaşdığı üçün qərar icra edilməmişdi.
 
İsrail rejim  Ali Məhkəməsi 5 sentyabrda növbəti qərar verərək ərazinin 7 gün ərzində boşaldılmasını tələb etmişdi.

Google+ WhatsApp ok.ru