Sionistlər noyabr ayında 572 fələstinlini həbs edib

Sionistlər noyabr ayında 572 fələstinlini həbs edib

Sionist İsrail rejim hərbiçiləri fələstinlilərə qarşı zorakılıqların davamında noyabr ayında 572 fələstinlini həbs edib. 
 
Maide.Az xəbər verir ki, Fələstin Məhbuslar Birliy şənbə günü yeni hesabat açıqlayıb və elan edib ki, həbs olunan fələstinlilərdən 120-si yeniyetmədir. 
Birliyin məlumatına görə, həbs olunanların çoxu Beytül-Müqəddəsin şərq bölgəsində saxlanılıb. 
 
Hesabatda bildirilir ki, işğalçı İsrail rejimin həbsxanalarında hazırda 7 min fələstinli saxlanılır. İşğalçı rejim fələstinlilərdən 700 nəfəri "idari həbs" adı altında həbs edib. İşğalçı rejim fələstinliləri mühakimə etmədən “İdari həbs” adı ilə uzun müddət həbsdə saxlayır. Fələstinlilərdən bəzisi təqribən 11 il müddətinə “idari həbs” adı ilə həbsxanada saxlanılır. Məhbuslar bu növ həbslərə etiraz olaraq uzunmüddətli aclıq aksiyaları keçirilər. 
 
Ötən ildən Fələstinin işğal olunmuş ərazisində fələstinlilərin Əqsa məscidinə girişinə məhdudiyyətlər tətbiq olunub. Bundan sonra Beytül-Müqəddəsin şərqində qarşıdurmalar baş verib. İsrail rejim hərbiçiləri ötən ilin payızından indiyədək 260 fələstinlini şəhid edib ki, onların əksəriyyəti qadın və uşaqlardır. 
 
 

Google+ WhatsApp ok.ru