Sionistlərin zülmü davam edir - Daha 3 fələstinli yaralandı

Sionistlərin zülmü davam edir - Daha 3 fələstinli yaralandı

-- 30 fələstinli saxlanıldı

Qəzzada "Böyük Qayıdış Yürüşü"nü davam etdirən fələstinlilər işğalçı sionist İsrailin hərbçiləri tərəfindən atəşə məruz qalır.
 
Maide.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, dünən daha 3 nəfər sionistlərin gülləsi isə yaralanıb.
 
Qərbi Şəriədə evlərə edilən basqınlar nəticəsində isə 30 nəfər saxlanılıb. Onların "təhlükəsizliyə təsir edən ictimai fəaliyyətlərdə iştirak etmə" iddiası ilə saxlanıldığı bildirilir. 
 
Məlumat üçün bildirək ki, hazırsa İsrail həbsxanalarında 7 minə yaxın fələstinli saxlanılır.
 
Qeyd edək ki, 30 martdan etibarən keçirilən dinc nümayişlərdə 35 nəfər şəhid edilib, 3200-dən çox insan isə yaralanıb. Aksiyaların mayın ortalarına qədər davam edəcəyi bildirilir.
 
 
 
 

 

Google+ WhatsApp ok.ru