Sionist mediasının İsrail ordusunun vurulma yerindən yayımladığı ilk fotoreportaj

İsrail ordusunun "Hizbullah" tərəfindən vurulması zamanı həyatını itirənlərlə bağlı, həmçinin hadisə yerindən hazırlanan fotoreportajlar İsrail mediasında yayımlanmasına icazə verilib

İslamazeri.az İsrail mediasına istinadən xəbər verir ki, İsrail tərəfi 2 əsgərin öldüyünü, 7 əsgərin isə yaralandığını bildirir.

Həmçinin, fotoreportajlarda İsrail əsgərlərinin gərgin anlar yaşandığı və dəqiq atəşlə vurulmuş hərbi maşınların yanma anları da yayımlanıb.

Qeyd edək ki, İsrail ordusu ölkə daxilində, eyni zamanda akreditə olunmuş xəbər agentliklərinə hərbi əməliyyatlar olan ərazilərə daxil olmağa icazə verməməklə yanaşı, həqiqətlərin yayımlanmasına məhudiyyətlər yaradır və senzura tətbiq edir. Məhz, bu senzuralara görə, İsrail mediası hərbi xəbər yayımlayanda "Bu xəbərin yayımlanmasına icazə verilir"- cümləsindən istifadə edir.

Xatırladaq ki, Livan "Hizbullah"ı bu gün səhər saatlarında İsrail ordusunu hədəfə alıb, hücumda 17 sionist hərbçisi ölüb, 6 hərbçi isə yaralanıb. Bəzi KİV hədəfə tuş gələnlər arasında İsrail ordusunun yüksək rütbəli zabitlərinin də olduğunu bildirirlər. islamazeri /

Google+ WhatsApp ok.ru