Sionist nazir HƏMAS-ın liderini öldürməklə hədələdi

Sionist nazir HƏMAS-ın liderini öldürməklə hədələdi

İsrail rejimi Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) Qəzza üzrə rəhbəri Yəhya Sinvarı öldürməklə təhdid edib.
 
Maide.Az "deyerler.org"-a istinadən xəbər verir ki, İsrail rejiminin tikinti işləri naziri Yoav Qallant bu gün (21 noyabr) Qüds Post Diplomatik Konfransında etdiyi çıxışında, belə deyib: “Yəhya Sinvarın vaxtı məhduddur və həyatı qədim ənənəvi bir evdə sona çatmayacaq”.
 
Qəzzada bir İsrail rejimi kampaniyasının olacağını deyən sionist nazir, belə danışıb: “Sinvar yerini yenidən müəyyən etsə, yaxşı olar”.
 

Google+ WhatsApp ok.ru