Sionist naziri Fələstində bütün yaşayış yerlərini məhv etməklə təhdid etdi

Sionist naziri Fələstində bütün yaşayış yerlərini məhv etməklə təhdid etdi

Sionist rejimin müharibə cinayətlərinin araşdırılması barədə Beynəlxalq Cinayət Məhkəməsinin qərarından sonra, İsrail rejiminin nəqliyyat naziri Fələstin Milli Adminstrasiyasının Haaqa məhkəməsindəki iddiasından imtina etmədiyi təqdirdə, Fələstin yaşayış məntəqələrinin gündəlik və sistematik sökülməsini tələb edib.
 
Maide.Az "Deyerler.org"-a istinadən verdiyi xəbərə görə, bazar günü İsrail rejiminin nəqliyyat naziri Betsalel Smotriç, öz tvitter səhifəsində Beynəlxalq Cinayət Məhkəməsinin mövqeyini "düşmənçilik" kimi qiymətləndirərək bildirmişdir: "Fələstin Milli Adminstrasiyası beynəlxalq dairələrdə İsrailə böyük ziyan vurur və İsrail onu məhv etməlidir".
 
Smotriç, sionist rejimin kabinetini, Fələstin Milli Adminstrasiyasına beynəlxalq şikayətləri, xüsusən də Təl-Əvivin cinayətlərini araşdırmaq tələbini geri götürmək üçün 48 saat vaxt verməyə çağırıb.
 

Google+ WhatsApp ok.ru