Sionist Netanyahuya cinayət işi açılır: korrupsiya ittihamı

Sionist Netanyahuya cinayət işi açılır: korrupsiya ittihamı

İsrail rejiminin polisinin məhkəməyə təqdim etdiyi hesabatda, baş nazir Benyamin Netanyahunun korrupsiyada iştirak etməsində şübhəli şəxs kimi dəyərləndirilir.
 
İsrail rejiminin mətbuatında gedən xəbərlərə görə, polis məhkəməyə bir mətn göndərərək, aparılan istintaq nəticəsində Netanyahunun rüşvət və korrupsiyadan şübhəli olduğunu qeyd edib və istintaq barədə efir qadağası tətbiq olunmasını istəyib.
 
Polisin tələbini qiymətləndirən məhkəmə, Netanyahu barəsində aparılan bütün korrupsiya araşdırmalarıyla bağlı sentyabrın 17-nə qədər efir qadağası tətbiq edib.
 
Mətbuatda gedən xəbərlərdə, keçmiş müşavirlərindən Ari Harovun Netanyahuya qarşı şahidlik etdiyi qeyd olunmuşdur, ancaq ətraflı məlumatlar verilməmişdir.
 
Netanyahunun həyat yoldaşı Sara da bir gün əvvəl korrupsiya ittihamı ilə bağlı polisə ifadə verib. (deyerler) /
 

Google+ WhatsApp ok.ru