Sionist ravvinlər Əqsa məscidində sinaqoq tikməyə çağırış ediblər 06 Mart 2019 11:51 Fələstin İsraildə bir qrup radikal yəhudi aktivist əl-Əqsa məscid kompleksinin daxilində yəhudilər üçün sinaqoq tikilməsinə dair çağırış səsləndiriblər. Maide.Az "Felestin.info"a istinadla xəbər verir ki, Hərəmi-şərifdə (yəhudilər Məbəd dağı adlandırır - red.) yəhudilərin hüquqları ilə məşğul olan təşkilatların mətbuat katibi Asəf Fredin sözlərinə görə, iudaizm dini cərəyanlarını təmsil edən 50 dini lider ötən bazar günü bir araya gəliblər. Hakim "Likud" partiyasının təmsilçisi Ravvin Yəhuda Qlik, "Otzma Yehudit" partiyasından Barux Martsel və digər yəhudi ravvinlərinin toplaşdığı iclasda Hərəmi-şərifdəki vəziyyət müzakirə olunub. Toplantında Əqsa məscidinin ərazisində yəhudilər üçün sinaqoqun inşası məsələsi müzakirə olunub və hökumətdən bu məsələ ilə bağlı qəti addım atmaq tələb edilib. Ravvinlər İsrail rejimi tərəfindən 16 il boyunca bağlı saxlanılmış və ötən ay qüdslü müsəlmanlar tərəfindən yenidən açılmış Bab əl-Rəhmət namazxanası barədə də danışıblar. Buranın yenidən namazxana kimi istifadə olunmasına etiraz edən yəhudi liderlər tezliklə Əqsa məscidinə və Hərmi-şərifə etiraz yürüşü təşkil edəcəklərini bəyan ediblər. Asəf Fred bildirib ki, martın 14-də yüzlərlə yəhudi Hərəmi-şərifə və Bab əl-Rəhmət qapılarına tərəf yürüş təşkil edəcəklər. O, həmçinin diqqətə çatdırıb ki, İsraildə seçkilərin yaxınlaşdığı ərəfədə Əqsada sinaqoq tikmək təklifini hökumət bu dəfə ciddiyə ala bilər. Teqlər : #Sionist,#ravvinlər,#Əqsa,#məscidində,#sinaqoq,#tikməyə,#çağırış,#ediblər, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru ABŞ Fələstin üzrə konsulluğu Qüdsdəki səfirliyə birləşdirib İsrail rejiminin qırıcıları Qəzzanı bombaladı
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar