Sionist rejim “Marianne” gəmisinə hücum etdi-Foto

Təcavüzçü İsrail rejiminin Fələstini saldığı mühasirəni yarmaq üçün Qəzzaya keçmək istəyən aktivistləri daşıyan “Marianne” gəmisinə qarşı əməliyyat keçirib.
Maide.az xəbər verir ki, İsraildə nəşr edilən “Haaretz” qəzeti əməliyyat zamanı itki olmadığını yazıb.
Gəmidə keçmiş Tunis  prezidenti Məhəmməd Munsif əl-Marzukinin də aralarından olduğu 20 inqilabçı İsraildəki Aşdod limanına aparılır.
11 mayda İsveçin Göteborq şəhərindən yola çıxan gəmidə əl-Marzuki ilə yanaşı avropalı deputatlar da olub. Özlərinə “Üçüncü Azadlıq Filosu” adını verən aktivistlər blokadanı yararaq dünyanın diqqətini Qəzzada yaşanan insanlıq dramına çəkmək istəyir.
Qeyd edək ki, Sionist rejim bundan öncədə Qəzza zolağını mühasirədən qurtarmağa çalışan humanitar yardımlara hücum etmişdi. Belə ki, 2010-cu il mayın 31-də Sionist İsrail rejimi komandosları tərəfindən mühasirəyə alınmış Qəzza zolağına humanitar yardımları daşıyan  Mavi Marmara gəmisinə edilən hücum nəticəsində 9 Türkiyə vətəndaşı həlak olub bir neçə nəfər isə bədən xəsarəti almışdı. /
 
 

Google+ WhatsApp ok.ru