Sionist rejim aclıq aksiyası keçirən fələstinliləri qeyri-adi üsulla cəzalandırır

Sionist rejim aclıq aksiyası keçirən fələstinliləri qeyri-adi üsulla cəzalandırır

Ötən gündən başlayaraq Sionist İsrail rejim həbsxanalarında aclıq aksiyası keçirən fələstinli siyasi dustaqlara duz verilməsi qadağan edilib. Bu barədə məlumatı Fələstin Hüquq Müdafiə təşkilatları yayıb. 
 
"Azadlıq və ləyaqət" adı altında keçirilən aclıq aksiyası 17 apreldə start götürüb. 1500-dən artıq dustaq qidadan imtina edərək yalnız su və duz qəbul edirlər. Duz qəbul edilməsində məqsəd daxili orqanların sağlamlığını qorumaqdır.
 
Aclıq aksiyasına səbəb işağlçı rejim Cenevrə Konvensiyasının tələblərinə riayət etməməsi göstərilir.
 
Məhbuslar, rəhbər şəxslərin həbs praktikasına son qoyulmasını, dustaqlardan təmamiylə təcrid edilməsini, həmçinin məhkumların kitab, mətbuat və televiziyaya çıxış imkanlarının bərpa edilməsini tələb edirlər.
 
Fələstinli məhbusların keçirdiyi aclıq aksiyasına Brüseldən də dəstək gəlib.
 
Avropa parlamentinin deputatları məhbuslarla həmrəy olduqlarını bildiriblər. Aksiyaya İsveç, Yunanıstan, Fransa, İtaliya, İspaniya,İngiltərə, Avstriya, Danimarka və Portuqaliyadan olan deputatlar qoşulub. (faktxeber) 
 

Google+ WhatsApp ok.ru