Sionist rejim İbrahim əl-Xəlil məscidini müsəlmanların üzünə bağlayıb

Sionist rejim İbrahim əl-Xəlil məscidini müsəlmanların üzünə bağlayıb

İsrail rejimi polisi əl-Xəlil şəhərindəki İbrahim əl-Xəlil məscidini yəhudilərin Pesax bayramı münasibətilə müsəlmanların girişinə bağlayıb.
 
Maide.Az "Felestin.info"-a istinadla xəbər verir ki, İbrahim əl-Xəlil məscidi müdiri Hifzi Əbu Sininə məscidin qapadılmasının müsəlmanlara təhqir olduğunu söyləyib.
 
Məscidin 22-23 aprel tarixlərində Pesax bayramı münasibətilə yəhudilərin daxil olacağı üçün müsəlmanlara bağlanacağı bildirilib.
 
Tarixi İbrahim əl-Xəlil məscidi İsrail qüvvələrinin nəzarəti altındakı əl-Xəlil şəhərinin qədim hissəsində yerləşir.
 
Sözügedən ərazidə təxminən 400 yəhudi miqrant yaşayır.
 
İsrail rəhbərliyi yəhudilər və müsəlmanlar arasında ikiyə bölünən İbrahim əl-Xəlil məscidini yəhudi bayramı günlərində tamamilə yəhudi miqrantlara ayırır.
 
Yəhudi bayramı günlərində məscidi bağlayan işğalçı İsrail qüvvələri həmin günlərdə məsciddə azan oxunmasına və müsəlmanların məscidə girmələrinə icazə vermir.
 

Google+ WhatsApp ok.ru