Sionist rejimdən daha bir qəddarlıq - FOTO

Maide.az xəbər verir ki, bir neçə gündür Qəzzada baş verən proseslər pik həddinə çatıb. Belə ki, İordan çayının qərb sahilində yerləşən Hevron şəhərində İsrail rejimi ordusu ilə polisin davranışı çox böyük qalmaqal yaradıb.
 
Nəzarət-buraxılış məntəqələrindən birində Hedel adlı çadralı tələbə qızı saxlayıb və ondan çadrasını açmağı tələb ediblər. Tələbə qız isə, "İslam qadına naməhrəm kişilərin qarşısında üzünü açmağı yasaqlayıb, məni günaha vadar etməyin, yalvarıram" deyib. söyləyib.
 
Onların israrlarından sonra hirslənən tələbə qız avtomatı ona tuşlayan əsgərləri itələyib. Bu zaman Hedel yerindəcə güllələnib. Həkimlər onu xilas edə bilməyiblər.
 
Axşam saatlarında isə Hevron yaxınlığındakı kənddə 23 yaşlı fələstinli gəncin meyidi tapılıb. Onu da sionist rejimin əsgərləri güllələyiblər.
 
 
 

Google+ WhatsApp ok.ru