Sionist rejimdən növbəti təhdid: Məscidi-Əqsanı müdafiə edən fələstinlilər həbs ediləcək

Təcavüzçü İsrail hökuməti Məscidi-Əqsanı tamamilə zəbt etməyə çalışır.
Maide.az xəbər verir ki, İsrailin təhlükəsizlik naziri Gilad Erdan Qüdsdə Məscidi-Əqsanı müdafiə edən fələstinlilərə qarşı daha sərt tədbirlər görüləcəyini bildirib.
O deyib ki, həmin fələstinlilər yəhudi bayramından sonra mühakiməsiz tutularaq həbsə atılacaqlar.
Məlumat üçün bildirək ki, son həftələrdə Məscidi-Əqsa və digər müqəddəs məkanlar İsrail əsgərlərinin hücumuna məruz qalıb. Baş verən toqquşmalarda yüzlərlə fələstinli həbs edilib.
Bundan başqa, fələstinlilərin Məscidi-Əqsaya girişinə məhdudiyyətlə qoyulur, onların rahat şəkildə namaz qılmalarına imkan verilmir. /
 

Google+ WhatsApp ok.ru