Sionist rejimdən daha bir utanmaz qərar

Sionist rejimdən daha bir utanmaz qərar

-- 2500 evin inşası üçün...

İşğal edilmiş Fələstin torpağı Qüdsü paytaxtı elan edən və digər ölkələri burada səfirlik açmağa çağıran işğalı sionist İsrail rejimi daha bir skandal qərar alıb.
 
Maide.Az “NTV Türkiyə”yə istinadən xəbər verir ki, sionist rejim Qərbi Şəriədə yəhudilərin yerləşdirilməsi üçün 2500 evin inşasına icazə verib.
 
Məlumat üçün bildirək ki, İsrail 1967-ci ildən bu günə qədər BT-nin bütün qətnamələrini heçə sayaraq davamlı olaraq Fələstin torpaqlarını qanunsuz şəkildə işğal edir və yəhudiləri yerləşdirir.
 

Google+ WhatsApp ok.ru