Sionist rejim Fələstində məscidi dağıtdı

Sionist rejim işğal olunmuş Fələstinin cənubundakı Nəqəb bölgəsində yerləşən bir məscidi dağıdıb.
Maide.az xəbər verir ki, çərşənbə günü sionist rejimin polis qüvvələri Nəqəb bölgəsində Əlrəxmə kəndinə hücum edib, bu kəndin məscidini  dağıdıblar.
Məlumatda bildirilir ki, sionist işğalçılar məscidin icazəsiz tikildiyini bəhanə edərək onu dağıdıblar. 
Yerli mənbələrin bildirdiklərinə görə, Əlrəxmə kəndinin dörd mindən çox sakini ibadət üçün bu məsciddən istifadə edirmiş.
Digər bir məlumata görə, Sionist İsrail rejim qüvvələri Qərb sahilində Cəbəl-ulbaba  bölgəsində 5 evi dağıdıblar. Bu evlərin sökülmməsi haqqında məhkəmə qərarı olsada işğalçı rejim evləri dağıdıb və 25 nəfəri didərgin salıb. 
Sionist İsrail rejimi "Braver planı"nı icra edir.  Bu planın icrasından məqsəd fələstinlilərə məxsus tikililərin dağıdılması və on minlərlə yerli fələstinlinin həmin bölgədən başqa yerə köçürülməsidir. 
2011-ci ildə sionist rejim knesseti tərəfindən qəbul olunmuş bu planda, 30-40 min yerli fələstinlinin iqtisadi inkişaf çətiri altında yerdəyişdirilməsi nəzərdə tutulur. Fələstinlilər bu plana etiraz edir və onun icrasını Nəqəb bölgəsində irqi təmizlənmə olduğunu bildirirlər. /
 

Google+ WhatsApp ok.ru